Naxçıvanda orta aylıq əməkhaqqı 774 manat olub

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında orta aylıq nominal əməkhaqqı 774,5 manat olub.

İndex.az xəbər verir ki, bu barədə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 % çoxdur.