Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 20%-ə yaxın artıb

Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 % artaraq bu il aprelin 1-nə 20 192 olub.

İndex.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 18,9 % artaraq 572-yə, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 7,6 % artaraq 6 005-ə çatıb.