Nasaz vəziyyətdə olan təyyarənin gövdəsi alovlandı – VİDEO

Bu gün İstanbul hava limanında qorxulu hadisə baş verib.

İndex.az xəbər verir ki, dünyanın ən böyük yük və logistika şirkətlərindən biri olan “FedEx”in yük təyyarəsində nasazlıq yaranıb.

Eniş şassasındakı bu problem səhər saat 08.17 radələrində təyyarənin öz gövdəsi üzərində enməsinə səbəb olub.

Gövdənin alovlanan görüntüləri də kameralara düşüb. İstanbul Hava Limanının idarəetmə qülləsindən eniş şassisi açılmadan eniş icazəsi alan pilotlar təyyarəni uğurla endirməyi bacarıblar.

Səlahiyyətlilərdən verilən açıqlamalara görə, sürətli müdaxilə sayəsində bu hadisədə can itkisi və yaralanma baş verməyib. Təyyarənin Paris-İstanbul reysini həyata keçirən “Boeing 763” tipli yük təyyarəsi olduğu bildirilib.