“Meta”nın qazancı iki dəfə artıb

“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin birinci rübündə kəskin artıb.

İndex.az xəbər verir ki, “Meta”nın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 27% artaraq 36,5 milyard dollara çatıb.

Şirkətin mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artaraq 12,4 milyard dollara çatıb.