Messinin yeni klubundakı forma nömrəsi bəlli olub

Fransa PSJ-sini ABŞ-ın “İnter Mayami” klubuna dəyişən Lionel Messi yeni komandasında 10 nömrəli formanı geyinəcək.

İndex.az “Clarin” nəşrinə istinadən xəbər verir ki, argentinalı futbolçu yenidən sevimli nömrəsinə qovuşub.

Mayami təmsilçisində bu nömrə Qonsalo İquainin gedişindən sonra boş qalıb.

Qeyd edək ki, Lionel Messi İspaniya “Barselona”sında 10, PSJ-də isə 30 nömrəli formanı geyinib.