Messi və Ronaldo eyni komandada oynaya bilərlər

ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi və Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo bir matçlıq eyni komandada oynaya bilərlər.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı sabiq forvard Karlos Teves vida qarşılaşmasında bunu gerçəkləşdirmək niyyətindədir.

O, cari ilin sonunda “Boka Xuniors”un stadionunda karyası ərzində birlikdə çıxış etdiyi sabiq komanda yoldaşları ilə görüş təşkil etməyi planlaşdırır.

Həmin matça bir sıra məşhurların dəvət alacağı gözlənilir.

Qeyd edək ki, Karlos Teves 2021-ci ildə karyerasını başa vurub. O, Messi ilə yığmada, Ronaldo ilə İngiltərənin “Mançester Yunayted” klubunda komanda yoldaşı olub.