13 bankın xalis mənfəəti artıb - RENKİNQ

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-ü bu ilin yanvar-sentyabr aylarını zərərlə başa vurub.

İndex.az xəbər verir ki, bunlar “Bank Avrasiya” ASC, “Access Bank” və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər, Pakistan Milli Bankının Bakı filialıdır.

Qalan 22 bank isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 4-də sözügedən göstərici 15 milyon manatdan çoxdur. Həmin banklar “Azərbaycan Beynəlxalq Bankı” (197,182 milyon manat), “Kapital Bank” (135,181 milyon manat), “PAŞA Bank” (69,285 milyon manat) və “Bank of Baku” (16,788 milyon manat) ASC-lərdir.

Qalan 18 bankdan 3-də (xalis) mənfəət 10-15 milyon manat arasında, 10 bankda 1-10 milyon manat arasında, 5 bankda isə 1 milyon manatdan azdır.

Mənbə - Renkinq

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT