"Atasığorta" cərimələndi

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Atasığorta" Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati qaydada protokol tərtib edilib.

İndex.az "Unikal"a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) əsasən tərtib edilən protokol baxılması üçün Biləsuvar rayon məhkəməsinə göndərilib. İşə hakim Pərviz Əhmədovun sədrliyi ilə baxılacaq.

Buna da bax: “Google” və “Apple” 11 milyon dollar cərimələndi

Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Xatırladaq ki, "Atasığorta" ASC bir neçə gün öncə də eyni inzibati xətanı törətdiyi üçün cərimələnmişdi.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT