“Google” və “Apple” 11 milyon dollar cərimələndi

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

İtaliyanın antiinhisar tənzimləyicisi “Google” və “Apple”i cərimə edib.

İndex.az xəbər verir ki, məlumata görə, cərimənin məbləği 11.2 milyon dollar təşkil edir. Tənzimləyicinin iddiası şirkətlərin istifadəçi məlumatlarının kommersiya məqsədilə toplanması ilə əlaqəli olub.

Buna da bax: “Optimal Electronics” cərimələndi

Amerika şirkətləri tənzimləyicinin qərarı ilə razılaşmayıblar və apelyasiya şikayəti vermək niyyətində olduqlarını vurğulayıblar.

“Biz bütün istifadəçilərə hansı məlumatı təqdim edəcəyi və ondan necə istifadə ediləcəyini seçmək üçün şəffaflıq və nəzarət təmin edirik”, – deyə “Apple”in açıqlamasında deyilir.

“Google” istifadəçilərə ehtiyac duyduqları xidmətləri təqdim etmək üçün həmişə dürüst və şəffaf üsullara əməl etdiyini söyləyib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT