Bu gün banklar 105 milyon dollar alıb - HƏRRAC

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

25 Noyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az xəbər verir ki, hərracda tələb 105,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Buna da bax: Bağlanan bankın keçmiş sədri "Unibank"da irəliləməyə davam edir

Xatırladaq ki, 23 Noyabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 96,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

16 noyabr 2021-ci il tarixində keçirilmiş növbəti valyuta hərracında tələb 90,1 milyon ABŞ dolları, 18 noyabr 2021-ci il tarixində keçirilmiş hərracda isə 97,6 milyon ABŞ dolları təşkil etmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 87 valyuta hərracında banklara 5 milyard 558,42 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT