Əməliyyat zərərində olan banklar - SİYAHI

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 11-nin bu ilin 9 ayında əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

İndex.az xəbər verir ki, bunlar “Zıraat Bank Azərbaycan”, “Bank of Baku”, “Unibank”, “PAŞA Bank”, “Rabitəbank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Avrasiya”, “Express Bank”, “Kapital Bank” və “Naxçıvan Bank” ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır. Ən yüksək dinamika İran bankında (74%), ən aşağı dinamika isə “Naxçıvan Bank”da (0,6%) qeydə alınıb.

Buna dax: Kimlər bank və sığorta şirkəti aça bilər? - TƏLƏBLƏR

9 bankın - “Günay Bank”, “Turan Bank”, “Azər-Türk Bank”, “Bank Respublika”, “AFB Bank”, “Xalq Bank”, “Azərbaycan Sənaye Bankı” və “Bank BTB” ASC-lərin, “Yapı Kredi Bank Azərbaycan” QSC-nin isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma “Bank BTB”də (95,6%), ən az azalma isə “Günay Bank” (7,9%) qeydə alınıb.

3 bankın – Pakistan Milli Bankının Bakı filialının, eləcə də “Muğan Bank” və “Bank VTB Azərbaycan” ASC-lərin isə əməliyyat zərəri azalıb. Müvafiq olaraq 24,3%, 74,9% və 85,9%.

2 bank - “Premium Bank” ASC və “Access Bank” QSC bu ilin yanvar-sentyabr aylarını əməliyyat zərəri ilə, ötən ilin eyni dövrünü əməliyyat mənfəəti ilə, 1 bank - “Yelo Bank” ASC isə bu ilin 9 ayını əməliyyat mənfəəti ilə, ötən ilin eyni dövrünü əməliyyat zərəri ilə başa vurub. Odur ki, bu bankların əməliyyat mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

5 bank əməliyyat zərərinə uğrayıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-i bu ilin yanvar-sentyabr aylarında əməliyyat mənfəəti əldə etməyib.

Bunlar “Muğan Bank”, “Bank VTB Azərbaycan” və “Premium Bank” ASC-lər, “Access Bank” QSC və Pakistan Milli Bankının Bakı filialıdır.

Başqa sözlə, bu banklar əməliyyat zərərinə uğrayıblar. Zərərin ən yüksək həddi “Premium Bank”da (947 min manat), ən aşağı həddi isə “Access Bank”da (169 min manat) qeydə alınıb.

Qalan 21 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici “Kapital Bank” ASC-də (272,852 milyon manat), ən aşağı göstərici isə “Bank BTB” ASC-də (62 min manat) qeydə alınıb.

Mənbə - Renkinq

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT