Image description

"Xalq Bank" "Banklar haqqında" qanunun tələbini pozur.

Tələbin pozuntusunu Index.az aşkarlayıb.

Bankın rəsmi saytında yer alan məlumatlara əsasən, İdarə Heyətinində səkkiz nəfər təmsil olunub. İdarə Heyətinin sədri Kamran Məcidovdur. Onun üç müavini var. Söhbət Natella Şahverdiyeva, Nigar Biləndərli və Elnur Məmmədlidən gedir. İdarə Heyətinin digər dörd üzvü isə Kərim Quliyev, Röyam Hüseynzadə, Nazim İbrahimov və Nəbi Nəbiyevdir.

Halbuki, "Banklar haqqında" qanuna əsasən, bankların Müşahidə Şurası, Audit Komitəsi və İdarə Heyətinin üzvlərinin sayı 3 nəfərdən az olmamalı və tək sayda olmalıdır.

Əslində indiki vəziyyət Kamran Məcidovun İdarə Heyətinin sədri təyin olunduğu vaxtdan yarandı. Təyinat 2020-ci ilin avqustun 17-də baş tutub. O vaxtdan bank qanunvericiliyin tələblərini pozur.

Banka göndərilən sorğumuz cavabsız qalıb.

"Xalq Bank" 2004-cü il dekabrın 30-da bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları 3 hüquqi şəxsdir.