Türk dövlətləri vahid valyutaya keçə bilər?

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Türkiyə lirəsinin ABŞ dolları qarşısında kəskin ucuzlaşması geniş müzakirəyə səbəb olub.

Bir qrup ekspert isə çıxış yolu kimi türk dövlətlərinin ortaq valyutaya keçidinin mümkünlüyü haqda iddialar səsləndirir. Onların arqumenti belədir ki, Türkiyəyə qarşı istifadə edilən "dollar oyunu"nun hədəflərindən bir istiqaməti də türk dünyasını zəiflətməkdir.

Maraqlıdır, indki halda türk dövlətlərinin vahid valyutaya keçidi mümkündürmü?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, "Türk Dövlətləri Təşkilatı”na üzv ölkələrin avro bənzəri vahid valyutaya keçməsi cəlbedici ideyadır:

"Prinsip etibarilə bu ideyanın prespektivi var. Lakin bunun tezlikdə gerçəkləçməsi real deyil. Birincisi, bu, düşünüldüyündən də uzun və qarşıq prosesdir. Vahid valyutaya qədər "Türk Dövlətləri Təşkilatı”na üzv ölkələr arasında iqtisadi siyasi münasibətlər inkişaf etməli, vizasız gediş-gəliş, gömrük rüsumları və s. məsələlər həll edilməlidir. Bu proseslərdən sonra vahid valyuta məsələsi gündəmə gələ bilər. Aydın məsələdir ki, "Türk Dövlətləri Təşkilatı” gələckdə Avropa Birliyi halına gəlmək istəyir. Lakin unutmamalıyıq ki, Avropa Birliyinin vahid valyutası olan Avro Avropa Birliyinin yaranmasından 10-12 il sonra tədavülə buraxılıb.

İkincisi, "Türk Dövlətləri Təşkilatı”na üzv ölkələrdən bəziləri həm də Rusiyanın söz sahibi olduğu Gömrük İttifaqına üzvdür. Yəni biz indi türk ölkələri arasında vahid valyutanın yaradılmasını təklif etsək, buna ilk növbədə Rusiya qarşı çıxacaq. Bu isə türk ölkələri ilə rəsmi Moskva arasında ticarət dövriyyəsinə kəskin təsir edəcək. Hər şeydən öncə Kreml bu valyutanı öz ticarət dövriyyəsində keçərli saymaya bilər.

Bununla belə gələcək prespektivdə bu ideyanın reallaşması ərsəyə gəlməsi üçün modellər hazırlanmalıdır. Bu istiqamətdə işlərin indidən başlaması gələcək perspektivdə reallaşmasını mümkün edə bilər”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT