İşçinin ezamiyyə xərclərini və müavinətlərini ödəməyən şəxslər cərimələnəcək

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

İşçinin ezamiyyə xərclərini və müavinətlərini ödəməyən vəzifəli şəxslər cərimələnəcək.

İndex.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, işçinin ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər 700 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT