Türk lirəsi 15 qəpiyə endi

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Noyabrın 18-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 4% azalaraq 0,1565 manata enib ki, bu da yeni tarixi minimum sayılır.

İndex.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında aparılan hesablamalarına görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 13,9% azalıb. Hazırda 1 manat 6,39 lirəyə bərabərdir.

Ötən gecə lirənin ABŞ dollarına qarşı məzənnəsi 5,7% azalaraq yeni antirekord səviyyəyə enib. Nəticədə, 1 dollar 10,98 lirəyə bərabər olub. Bu gün Bakı vaxtı ilə saat 08:08-də isə lirə dollara qarşı bir qədər möhkəmlənib və 10,85 lirə təşkil edib. Hazırda lirənin rekord aşağı səviyyələrə düşməsinə və oktyabrda ölkədə illik inflyasiyanın 19,9% olmasına baxmayaraq, Türkiyə Mərkəzi Bankının (TMB) uçot dərəcəsini bu həftə daha 1 faiz bəndi azaldaraq 15%-dək endirməsi gözlənilir.

Xatırladaq ki, TMB sentyabrdan bəri uçot dərəcəsini 3 faiz bəndi azaldaraq 16%-ə qədər endirib.



Mənbə - APA

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT