Döyüşlərdə iştirak edən hərbçilərin maaşı hansı qaydada artırılacaq?

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı anda döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən və bu hərbi hissələrə ezam olunan hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan vəzifə maaşı, rütbə maaşı və xidmət illərinə görə əlavə 1,5 qat (variant – 2 qat. DTX) hesablanacaq.

Index.az xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı anda döyüş tapşırığı almış hərbi hissələrin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT