Lirə manata qarşı 11% ucuzlaşdı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Noyabrın 17-də Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 3.3% azalaraq 0.1631 manat təşkil edib ki, bu da yeni tarixi minimum sayılır.

İndex.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının göstəriciləri əsasında aparılan hesablamalara görə, lirənin manata qarşı məzənnəsi son bir ayda 11.1% azalıb.

Ötən gün lirənin dollara qarşı məzənnəsi də 3.7% azalaraq yeni tarixi minimuma enib. Analitiklərin fikrincə, bu, yeni valyuta böhranına gətirib çıxara bilər. Belə ki, Türkiyə Mərkəzi Bankının (TMB) uçot dərəcəsini yenidən azaltması gözləntiləri mövcuddur.

Qeyd edilir ki, lirənin rekord aşağı səviyyələrə düşməsinə və oktyabrda ölkədə illik inflyasiyanın 19.9% olmasına baxmayaraq, TMB-nin uçot dərəcəsini bu həftə daha 1 faiz bəndi azaldaraq 15%-dək endirməsi gözlənilir. Xatırladaq ki, TMB sentyabrdan bəri uçot dərəcəsini 3 faiz bəndi azaldaraq 16%-ə qədər endirib. TMB-nin məlumatına görə, hazırda 1 dollar 10.1854 lirəyə bərabərdir.



Mənbə - APA

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT