Image description

“Azərenerji” ASC müxtəlif növ kompüter avadanlıqları və aksessuarların satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalında yer alan məlumata əsasən, tenderin qalibi “İnfinitech” MMC-dir.

Qalib şirkətə 746 321 manat ödəniləcək.

Qeyd edək ki, 2002-ci ildə yaradılan şirkətin nizamnamə kapitalı 20 manatdır.