Sement nəhəngi terrorçuları maliyyələşdirir

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Türkiyənin TRT telekanalı noyabrın 12-də "Fabrika" adlı sənədli filmi nümayiş etdirəcək.

Index.az xəbər verir ki, filmdə Fransanın sement nəhəngi olan Lafarge şirkəti ilə İŞİD terrorçularının əlaqələrindən bəhs olunacaq.

TRT-nin baş direktoru Zahid Sobacı Twitter hesabında yazıb ki, "Fabrika" filmi 2 illik jurnalist araşdırmasının nəticəsidir. Araşdırma ərzində yarım milyondan çox sənəd incələnib.

O əlavə edib ki, film beynəlxalq terrorçuluğun maliyyələşdirən çirkin şəbəkəni üzə çıxardı: "Suriyadakı Lafarge sement zavodu Fransanın xüsusi xidmət orqanlarının sığınacağı kimi istifadə olunub və İŞİD-i maliyyələşdirib".

Filmin ilk seriyası noyabrın 12-də Türkiyə vaxtı ilə 21:00-da, ikinci seriyası isə noyabrın 13-də eyni vaxtda efirə çıxacaq.

Qeyd edək ki, Lafarge şirkəti Holcim Azerbaijan ASC-nin əsas (66%) səhmdarıdır.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT