Bu dezodorantlar xərçəng yaradır - ARAŞDIRMA

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Tərləməyə və xoşagəlməz qoxuların əmələ gəlməsinə qarşı vasitələr xərçəngin yaranmasına səbəb ola bilər. Naked Since nəşrinin yazdığına görə, bu cür qənaətə Valisure şirkətinin tədqiqatçıları gəlib.

Tədqiqatçılar dezodorantların və antipresperantların tərkibində yüksək miqdarda benzol müəyyənləşdirib.

Şirkət 30 brendin 108 partiyasında yoxlamalar aparıb və müəyyən edib ki, onların yarısından çoxunda benzolun miqdarı müəyyən edilmiş normadan yüksəkdir. Bəzilərində hətta benzolun miqdarı normanı 9 dəfə üstələyib. Buna baxmayaraq, 19 brendin istehsalı olan spreylərdə benzol müəyyən olunmayıb.

Ən çox miqdarda benzol Old Spice və Secret (hər ikisi Procter & Gamble Co.), Tag və Equate (Walmart Inc.), "Suave" (Unilever PLC) brendlərində aşkarlanıb.

Bu təhlükəli maddə ən az miqdarda Victoria’s Secret&Co spreylərində müəyyənləşib. Sanofi’s Gold Bond, Dove və Axe məhsullarının tərkibində isə ümumiyyətlə benzol yoxdur.

Valisure şirkəti artıq ABŞ-ın müvafiq qurumlarına petisiya göndərib və tələb edib ki, insan sağlamlığı üçün zərərli məhsullar dövriyədən çıxarılsın.

Problem ondadır ki, benzol insan orqanizminin hüceyrələrinin qeyri-korrekt işləməsinə səbəb ola bilər. Bu pozğunluq anemiyaya qədər gətirib çıxara bilər.

Bununla yanaşı, benzol immun sisteminə də zərər vura bilər. Üstəlik, benzol kaserigen xüsusiyyətlərə də malikdir ki, bu da gələcəkdə leykoz riskini artırır.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT