Peyvənd olunandan sonra COVID-19-a yoluxan şəxslərdə hansı simptomlar olur?

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Araşdırmalara görə, COVID-19-a qarşı istehsal olunan peyvəndlər xəstəliyin ağır keçməsinin riskini əhəmiyyətli dərəcədə azaldır. Lakin həmin peyvəndlərin heç biri 100 faiz qoruyuculuğa sahib deyil. Bəs koronavirusa yoluxan vaksinli şəxslərdə hansı əlamətlərə rast gəlinir?

İndex.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “Symptom Study” mütəxəssislərinin araşdırmasına görə, peyvənd olunan COVID-19 xəstələrində ən çox görülən simptomlar baş ağrısı, burun axması, öskürək, boğaz ağrısı və asqırmadır. Lakin peyvənddən sonra şiddətli qızdırma və qoxu itkisinə daha az rast gəlinir.

İmmunoloq Rune Hartman isə qeyd edib ki, koronavirusun şiddətli keçməsinə peyvəndin özü, yaş və müşayiət olunan digər xəstəliklər təsir göstərir:
“Biz görürük ki, əhalinin 70 yaşdan yuxarı hissəsində altı aydan sonra peyvəndin təsiri azalır. Buna görə də ehtiyatlı davranmalı və başqalarına yoluxdurmamaq üçün simptomları izləməliyik”.

Həmçinin, Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşkonun bildirib ki, xəstəxanalarda olan xəstələrin böyük əksəriyyəti peyvənd olunmayan şəxslərdir:

“Koronavirusa qarşı orqanizmdə lazımi miqdarda antikor saxlamaq üçün bir peyvənd kifayət deyil, mütəmadi olaraq revaksinasiyadan keçmək lazımdır. Buna görə də hər altı aydan bir təkrar peyvənd olunmaq məsləhət görülür”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT