Noyabr ayı üzrə pensiyalar ödənildi

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib.

İndex.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə noyabr ayına aid pensiyalarının ödənişi həyata keçirilib.

Həmin ərazilər üzrə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları isə qrafikə uyğun olaraq ödəniləcək və ödəniş tarixi ilə bağlı əlavə məlumat veriləcək.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT