Sahibkarlar və şirkətlər üçün yeni cərimə - 100 AZN

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Vergi Məcəlləsinə 2022-ci ildən tətbiq ediləcək yeniliklər hələlik biznesə və ictimaiyyətə açıqlanmasa da, artıq bəzi dəyişikliklər barədə məlumatlar dəqiqləşib.

FED.az xəbər verir ki, gələn ildən sahibkarlara və şirkətlərə yeni cərimə tətbiq ediləcək.

Bu, məcəllənin 57.7 maddəsinə ediləcək dəyişikliyə əsasən baş verəcək. Həmin yeniliyə görə, şirkət və ya sahibkar hər hansı ödəniş etmək üçün banka ödəniş tapşırığı yazdıqda burada mütləq elektron qaimə-fakturanın seriya və nömrəsini göstərməlidir. Bu qaydada tərtib edilməyən hər bir ödəniş tapşırığına görə 100 manat maliyyə sanksiyası tətbiq olunacaq.

Nəzərdə tutulan (qəbul ediləcəyi şübhə doğurmayan) dəyişiklik belədir:

57.7. bu Məcəllənin 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT