Koronavirusa görə qapanmalar olacaqmı? - AÇIQLAMA

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda pandemiya ilə əlaqədar olaraq növbəti qapanmalar gözlənilmir.

İndex.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, qapanmaların olacağı ilə bağlı yayılan şayiələr əsassızdır.

“Əsas məsələ xəstəxanalarda yerlərin olub-olmaması ilə əlaqədardır. Xəstəxanalarda yer varsa, demək səhiyyənin xəstələri qəbul etmək imkanları var. Buna görə də qapanmalara getməyə ehtiyac yoxdur. Bəzi məktəblərin virusa görə bağlanmasına gəlincə, onlar iki həftədən sonra yenidən açılır. Bu proses protokollara uyğun olaraq idarə edilir. Məktəblərin bağlanması nəzərdə tutulmur”, - deyə o əlavə edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT