Apteklərdə uşaq dərmanları və termometr niyə yoxa çıxıb? - VİDEO

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Uşaq və böyüklər arasında qrip və digər mövsümi xəstəliklərin yayıldığı bir vaxtda apteklərdə termometr və bəzi uşaq dərmanlarının qıtlığı yaşanır.

İndex.az "xəzər xəbər"ə istinadən xəbər verir ki, əczaçılar deyir ki, bunun səbəbini özləri də bilmirlər.

Onların sözlərinə görə artıq 1 aya yaxındır ki, termometrlər ümumiyyətlə apteklərə gəlmir.

Əczaçılar deyir ki, əvvəllər aptekə günlük 1-2 termometr göndərilirdi. Qıtlıq həmçinin termometrlərin qiymətindən də yan keçməyib. Termometrlərlə bərabər həmçinin uşaqlar üçün olan bir sıra dərmanları da aptek vitrinlərində görmək olmur. Əczaçılar bildirir ki, viruslara qarşı yüksək təsiredici qüvvəyə malik 10-a yaxın antiqrip və antibiotiklər apteklərə gəlmir. Bu dərmanların bir neçəsinin əvəzedicisi olsa da, qiymətlərinin 2-3 dəfə baha olması vətəndaşların haqlı narazılığına səbəb olur.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən isə bildirdilər ki, apteklər özəl müəssisələrdir və onların dərman təminatı özəl müəssisələr tərəfindən həyata keçirilir.
Bir neçə depodan da eyni cavabı verdilər:
"Hələlik bazamızda termometr və bəzi dərmanlar yoxdur, olduğu təqdirdə apteklərə paylanacaq".

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT