Vətəndaşlar sosial ödənişləri "Azərpoçt"dan alacaqlar

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu birdəfəlik sosial ödəniş alacaq vətəndaşlara müraciət edib.

İndex.az xəbər verir ki, Fonddan verilən məlumata görə, noyabrın 1-dən etibarən respublika üzrə birdəfəlik sosial ödənişlər, dəfn üçün müavinət, uşağın anadan olmasına görə müavinət, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə müavinət, və radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət vətəndaşlara "Azərpoçt" vasitəsilə çatdırılır.

Vətəndaşlar həmin vəsaiti "Azərpoçt"un istənilən şöbə, filial və məntəqəsində əldə edə bilərlər.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT