Ölkəyə idxal olunan avtomobillərin sayı açıqlandı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Cari ilin sentyabrında Azərbaycana idxal olunan avtomobillərin sayı 8593 ədəd, dəyəri isə 87 milyon 751 min ABŞ dolları olub.

İndex.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay ölkəyə gətirilən avtomobillərin 18-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 8090-ı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 448-i yük daşımaq üçün, 37-si isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT