Banklarda dollar ajiotajı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında dolların satış kursu yüksəlib.

Index.az xəbər verir ki, buna səbəb dollar bazarında yaşanan ajiotajdır.

Üç fərqli banka "ajiotajın səbəbi nədir?" sualı ilə müraciət etsək də, tutarlı cavab ala bilmədik. Əsas ehtimallardan biri budur ki, yaranmış vəziyyətə manatın kursu ilə bağlı gəzən şayiələrə də təsir edir. Bank əməkdaşlarına "şayiələr əsaslıdırmı?" sualını da ünvanladıq. Onlarda bununla bağlı heç bir məlumat yoxdur.

Ajiotaj nəticəsində banklarda dolların satış kursu 1.69 manatdan 1.695 səviyyəsinə yüksəlib. Bununla yanaşı, dolların satış kursu 1.7010 manatdan 1.7025 manata qədər artıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT