Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 792 milyon manat və yaxud 1 054 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub.

İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ilkin proqnozla müqayisədə 6,3% azdır, gələnilki büdcə xərclərinin 6%-i deməkdir.

2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 18,55% azalacaq.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT