AZAL Ermənistana pul ödəyir

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Azərbaycan Hava Yolları" QSC (AZA) Ermənistan üzərindən həyata keçirdiyi uçuşlara görə, bu ölkənin büdcəsinə ödəniş edir.

Index.az "Sputnik Armenia" agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Mülki aviasiya komitəsinin açıqlamasında deyilir.

"Ermənistanın hava məkanından istifadə edən hər bir aviaşirkət kimi, AZAL da aeronaviqasiya xidmətlərinə görə ödəniş edir", - qurumun açıqlamasında deyilir.

"AZAL hansı məbləğdə ödəniş edir?" sualına cavab olaraq komitədən bildirilib ki, bu, bu hesablama müxtəlif əmsallardan asılıdır. Söhbət təyyarənin çəkisindən, qət olunan məsafədən və s. gedir. "Bu tariflər mənşə ölkəsindən asılı olmayaraq, hər bir aviadaşıyıcı üçün eynidir", - açıqlamada bildirilir.

Qeyd edək ki, oktyabrın 6-dan etibarən AZAL Bakı-Naxçıvan reysi üzrə həyata keçirilən uçuşlar üçün Ermənistanın hava məkanından istifadə edir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT