Fiziki şəxslər "AFB Bank"dan 11 milyon manatı geri çəkib

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"AFB Bank" 2021-ci ilin 3 rübü üzrə maliyyə hesabatını açıqlayıb.

Index.az bankın maliyyə hesabatını analiz edib.

Analiz göstərir ki, ilin əvvəlindən bankın aktivləri təxminən 8.3 milyon manat azalaraq 273.1 milyon manat təşkil edib.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində bankın kredit portfeli 26.5 milyon manat azalaraq 155.7 milyon manata enib. Hesabat dövründə "AFB Bank" istehlak kreditləşməsini 8.1 milyon manat azaldaraq 19.6 milyon manata endirib. Maraqlıdır ki, bankın biznesə dəstəyi də zəifləyib. Bankın biznesə ayırdığı kreditlər 20.9 milyon manat azalaraq 92.5 milyon manat təşkil edib.

Bankın depozit portfeli 113.7 milyon manat olub ki, bu da 3.2 milyon manatlıq artımdan xəbər verir. Portfelin strukturuna nəzər salanda məlum olur ki, bunun 26.3 milyon manatı fiziki şəxslərin, 87.4 milyon manatı isə hüquqi şəxslərin payına düşür. İlin əvvəlindən fiziki şəxslər 10.9 milyon manatı geri çəkib, hüquqi şəxslər isə banka 14 milyon manat əmanət yatırıb.

"AFB Bank" 9 ay ərzində 8.7 milyon manat xalis mənfəət əldə edib.

"AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Bankın səhmlərinin 99.6%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31.1%-lik səhmdarı), 0.18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0.18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT