Dövlətə ən çox borc verən banklar - SİYAHI

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Azərbaycanın ən böyük 5 bankının qiymətli kağızlara investisiyaları 4,3 milyard manata yaxınlaşıb. Banklar Mərkəzi Bankın notları ilə bərabər, dövlət istiqrazlarını da çox alaraq xəzinəyə faizlə borc verirlər.

2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 9 ayı ərzində qiymətli kağızlara investisiyalar aktivlərinin həcminə görə Azərbaycanın 5 ən böyük bankından 3-də artıb, 2-sində isə azalıb.

İndex.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, qiymətli kağızlara investisiyaları 5 ən böyük bankdan ən çox Kapital Bank artırıb.

2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ilin 9 ayı ərzində qiymətli kağızlara investisiyalar Kapital Bankda 393 milyon 711 min manat artaraq 30 sentyabr 2021-ci il tarixində 1 milyard 29 milyon 267 min manata çatıb. Bankın qiymətli kağızlara investisiyaları 2020-ci ilin sonunda 635 milyon 556 min manat təşkil etmişdi.

PAŞA Bankın qiymətli kağızlara investisiyaları 2021-ci ilin 9 ayı ərzində ötən ilin sonu ilə müqayisədə 211 milyon 577 min manat artaraq 1 milyard 767 milyon 731 min manata çatıb. Bankın 2020-ci ilin sonunda qiymətli kağızlara investisiyaları 1 milyard 556 milyon 154 min manat təşkil etmişdi.

ABB-nin qiymətli kağızlara investisiyaları 2021-ci ilin 9 ayı ərzində ötən ilin sonu ilə müqayisədə 53 milyon 754 min manat artaraq 1 milyard 321 milyon 730 min manata yüksəlib. Bankın 2020-ci ilin sonunda qiymətli kağızlara investisiyaları 1 milyard 267 milyon 976 min manat təşkil etmişdi.

Xalq Bankın qiymətli kağızlara investisiyaları 2021-ci ilin 9 ayı ərzində ötən ilin sonu ilə müqayisədə 48 milyon 85 min manat azalaraq 107 milyon 582 min manata düşüb. Bankın 2020-ci ilin sonunda qiymətli kağızlara investisiyaları 155 milyon 667 min manat təşkil etmişdi.

Bank Respublikanın qiymətli kağızlara investisiyaları 2021-ci ilin 9 ayı ərzində ötən ilin sonu ilə müqayisədə 24 milyon 887 min manat azalaraq 47 milyon 277 min manata geriləyib. Bankın 2020-ci ilin sonunda qiymətli kağızlara investisiyaları 72 milyon 164 min manat təşkil etmişdi.

30 Sentyabr 2021-ci il tarixində 5 ən böyük bankın qiymətli kağızlara investisiyaları 4 milyard 273 milyon 587 min manat təşkil edib.

Banklar daha çox dövlət istiqrazlarına və Mərkəzi Bankın notlarına investisiya yatırırlar.



©Marja

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT