Yelo Bankın sədrindən kollektivə və müştərilərə yeni müjdə - RƏQƏMLƏR DANIŞIR

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Yelo Bankın yeni komandasının bankdakı ilk işi 3 illik strategiyanın müəyyənləşdirilməsi olub.

Index.az xəbər verir ki, bunu Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov bildirib.

Sədr deyir ki, strategiyanın müəyyənləşdirilməsi zamanı bankın komandası bu suallar ətrafında düşünüb: biz kimik, 3 il sonra harada olmaq istəyirik, müştərilərimiz kimdir və kimə xidmət edəcəyik? Müzakirələrin nəticəsi olaraq qərar verilib ki, Yelo Bank sadə azərbaycanlılara pərakəndə bankçılıq xidmətləri göstərən, kiçik və orta biznesə dəstək olan bank olmalıdır.

"Müşahidə Şurası strategiyanı təsdiqlədiyi gündən çox keçməmiş bizim atdığımız addımlar özünü doğrultmağa başladı. Gəlin, rəqəmlərlə danışaq. Ötən illə müqayisədə biz ortalama 2 dəfə çox kredit veririk. Təkcə sentyabr ayında biz 41 milyon manat kredit vermişik. Nəzərə almaq lazımdır ki, kreditlərin orta məbləği 8000 manatdır. İndiyədək biz müştərilərimizə 300 milyon manata yaxın kredit ayırmışıq. Nəzərə alsaq ki, kreditlərin orta məbləği 8000 manatdır, deməli, Yelo Bank hər ay 4000-dən çox kredit ayırmaq qabiliyyətindədir. Bu bizə kredit portfelimizi əlavə olaraq 100 milyon manat böyütməyə imkan verir. Yeri gəlmişkən, bu, ilin əvvəli ilə müqayisədə 30% böyümə deməkdir. Bir məqamı xüsusilə vurğulamaq istərdim ki, Yelo Bankın ayırdığı kreditlərin 2/3 biznesin payına düşür. Təbii ki, biznesin ciddi analizi bizi gələcəkdəki problemlərdən sığortalayır. Qısası, istehlak kreditləşməsi bizim üçün ikinci dərəcəli məsələdir", - sədr bildirib.

İlin əvvəlində rəhbərliyin qarşısında başqa bir sual da dururdu: bu qədər kredit ayırmaq üçün likvidliyi haradan əldə edək? Suala ən gözəl şəkildə müştərilər cavab verdi. "Birinci rübdən etibarən bankın depozit portfeli sürətlə artmağa başladı və bu bir daha müştərilərin gözündə bankın nə qədər şəffaf institut olduğunu və sürətlə dəyişdiyini göstərir. Hesabat dövründə Yelo Bank müştərilərdən 152 milyon manatlıq depozit cəlb edib. Qürurverici amil odur ki, bunun 70 milyon manatı yeni müştərilərin payına düşür", - Həsənov qeyd edib.

Cənab Həsənovun proqnozuna əsasən, Yelo Bank bu ili 12 milyon manat məbləğində mənfəətlə başa vuracaq. "Ümumiyyətlə, qlobal miqyasda hər hansı kataklizmlər baş verməzsə, bundan sonra Yelo Bank hər ili mənfəətlə başa vurmağı planlaşdırır", - sədr bildirib.

Hazırda Yelo Bankın üç regional filialı var. Söhbət Bərdə, Gəncə və Lənkəranda yerləşən filiallardan gedir. Bankın Müşahidə Şurası regional filialların sayının atrırılması üçün İdarə Heyətinə razılıq verib. Qalır Mərkəzi Bankın razılığı və onu almaq üçün tənzimləyici orqana müvafiq müraciət ünvanlanacaq. Anar Həsənovun sözlərinə görə, ilkin mərhələdə Yelo Bank Qazax və Xaçmaza SARI gedəcək.

Yelo Bankın planında "Lukoil" yanacaqdoldurma məntəqələrində xidmət nöqtələrinin açılması da var. Həmin xidmət nöqtələrində müştərilər bankın müəyyən əməliyyatlarından faydalanmaqla yanaşı, konsaltinq xidmətlərindən də yararlana bilərlər.

“Yelo Bank” (əvvəlki adı “Nikoil Bank”) Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın səhmdarları “Topaz INVESTMENT” (91,84 faiz), “NIKoil” səhmdar cəmiyyəti (7,97 faiz) və “ISR Holding”dir (0,19 faiz).

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT