İrandan daşıyıcı şirkətlərinə Qarabağa qanunsuz daxil olmasına QADAĞA

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

"Rəsmi dövlət sərhədi xaricindən Azərbaycan Respublikasının ərazisinə istənilən giriş Azərbaycanın ərazi bütövlüyünün pozulması kimi qəbul edilir".

İndex.az xəbər verir ki, bu barədə İranın Beynəlxalq Daşımalar və Tranzit Yolları İdarəsinin baş direktoru Məhəmməd Cavad Hedayətinin İran Xarici İşlər Nazirliyinin 9 oktyabr tarixli təlimatına istinadən beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına göndərdiyi məktubda deyilir.

İdarə bu məktubla Ermənistan ərazisindən Qarabağa və Azərbaycanın Laçın rayonu ərazisinə daxil olmağı, həmçinin Qarabağ regionu ilə hər hansı ticarət müqavilələri imzalamağı və nəqliyyat şirkətlərinə bu region üçün məhsullara müşayiət sənədləri verməyi qadağan edib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT