Image description

Bu gün əsas problem Azərbaycanda inflyasiya səviyyəsinin nə dərəcədə reallığa uyğun olması ilə bağlıdır. Bunu Index-ə açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev deyib.

"Düşünürəm ki, real rəqəmlər Dövlət Statistika Komitəsinin elan etdiyi rəqəmlərdən daha çoxdur. Qiymətlər artıb və biz bunu müşahidə edirik. Fikrimcə, Mərkəzi Bank da Dövlət Statistika Komitəsinin inflyasiya ilə bağlı açıqladığı məlumatlara əsaslanmır. Yəqin ki, Mərkəzi Bankın alternativ hesablamaları var. Görünür, Mərkəzi Bank öz hesablamalarına əsaslanaraq uçot dərəcəsini hələlik sabit saxlıyır. Yəni bundan sonra da mən uçot dərəcələrinin sabit saxlanmasını gözləyirəm. Vəziyyətdən asılı olaraq bu qərar dəyişə bilər. Ola bilsin ki, uçot dərəcəsini qaldırsınlar, amma hələlik uçot dərəcəsini qaldırmaq Mərkəzi Banka sərf etmir. Aşağı salmaq isə risklidir, çünki inflyasiya yarada bilər. Yəqin, Mərkəzi Bank gözləmə mövqeyində qalacaq".

Xatırladaq ki, ötən gün Mərkəzi Bank uçot dərəcəsinin 6.25%, dəhlizin aşağı həddinin 5.75%, yuxarı həddinin isə 6.75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.