Neft həftəyə bahalaşma ilə başladı

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Həftənin ilk əməliyyat gününüdə neft qiymətləri artıb.

Marja xəbər verir ki, Brent neftinin qiyməti 86 dolları da keçərək 86.01 dolları görüb. Bu da 2018 -ci ilin oktyabrından bəri ən yüksək qiymətdir.

Bakı vaxtı ilə saat 07:30-da Brent nefti 1.3% bahalaşma ilə 85.91 dollardan, ABŞ xam nefti isə 1.6% bahalaşma ilə 85.91 dollardan ticarət olunub. ABŞ xam neftinin qiyməti 2014 -cü ilin oktyabrından bəri ən yüksək göstəricidir.

Hasilatın tələbi ödəməməsi, qaz və kömür qiymətlərinin artması ilə başlamış enerji böhranı, bunun nəticəsində elektrik enerjisi stansiyalarının neftə tələbatlarının artması, bazalarda ehtiyatların azalması neft qiymətlərinin yüksəlməsinə səbəb olur.

Ölkə iqtisadiyyatları COVİD-19 pandemiyasından xilas olmağa davam edərkən, elektrik enerjisi istehsalçıları bahalı qaz və kömür ilə əlaqədar olaraq mazuta və dizelə keçiblər. Bu istehsalçıların alışları artırması qiymətləri dəstəkləyir.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT