Kassa aparatları üzrə 11 milyard manatlıq dövriyyə olub

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Dövlət Vergi Xidməti tərəfindən bu günədək ölkə ərazisində 48 169 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb.

İndex.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında NKA-lar vasitəsilə qeydə alınan dövriyyə təxminən 11,1 mlrd. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfədən çoxdur.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT