Hər bir Azərbaycan vətəndaşının 1 314 manat xarici borcu var - RƏSMİ

Maliyyə Nazirliyi tərəfindən açıqlanan sonuncu məlumata görə Azərbaycanın xarici dövlət borcu 7 milyard 839 milyon dollara (13 milyard 326 milyon manat) bərabər olub.

İndex.az xəbər verir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 16,6% təşkil edib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.

Adambaşına düşən xarici dövlət borcumuz 773 dollara (1 314 manat) çatıb.

Məlumat üçün bildirək ki, bu ilin əvvəli ilə müqayisədə xarici dövlət borcumuz 3,2% və ya 261,4 milyon dollar (444,4 milyon manat) azalıb.
10 il əvvəl ilə - 2011-ci illə müqayisədə isə xarici dövlət borcumuz təxminən 2 dəfəyə yaxın artıb.

Yeniavaz.com

Bizi Facebook-da izləyin: INdexAzerbaijan