Deputat: ““Bir ölkədə 5 səhiyyə qurumu olanda xaos yaşanar”

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Bir ölkədə 5 səhiyyə qurumu olanda xaos yaşanar və biz onu bu gün yaşayırıq”.

İndex.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, sığorta sistemi həkimlər və xəstəxanalar tərəfindən boykot olunur: “Səbəb isə həkimlərin daha az qazanması, təchizatın çox zəif olması, maaşların da aylıq yox, 4-5 aydan bir ödənilməsidir. Onlara belə sığorta sərf etmir. Xəstə deyəndə ki, sığorta üzrə müraciət edir, ona elə üz göstərirlər ki, xəstə özünü bədənindən 220 volt cərəyan keçən kimi hiss edir. Belə sistem olar?”

Deputat qeyd edib ki, səhiyyə sistemində xaosu aradan qaldırmaq üçün tədbirlər görülməlidir: “Bir ölkədə bir səhiyyə qurumu olar, qalanları isə onun koordinasiyası və tabeçiliyində fəaliyyət göstərər”.

R. Nurullayev məsuliyyət və canyandırmanın da olmadığını deyib: “Bilirsiniz ki, nə qədər vətəndaş əlində resept gəzir? Sığorta zərfinə daxil olan xəstəliklərin hərəsini bir bəhanə ilə zərfdən kənarda saxlayırlar. Məsuliyyətlə deyirəm ki, Azərbaycanda ən xaotik sahələrdən biri səhiyyə sistemidir. Küçədə sorğu aparaq, görək 10 nəfərdən neçəsi müsbət danışacaq?”

Sahibə Qafarova isə Razi Nurullayevə irad tutaraq, danışarkən deputat etikasına riayət etməyə çağırıb.

APA

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT