Lirədən növbəti antirekord

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) keçən ay faiz endiriməsindən sonra türk lirəsinin ucuzlaşması sürətlə davam edir.

Index.az xəbər verir ki, üstəlik, ABŞ istiqrazlarının da gəlirliliyinin artması ilə dollar/lirə (USD/TRY) məzənnəsi 9 səviyyəsini aşaraq tarixinin ən yüksək səviyyəsini görüb.

Bakı vaxtı ilə saat 22:50-də dollar/lirə (USD/TRY) məzənnəsi 9.0178-də olub. Avro/lirə (EUR/TRY) məzənnəsi isə 10.4211 səviyyələrində əməliyyat olunub.

Qlobal inflyasiya narahatlıqları ilə əlaqədar investorların daha riskli aktivlərə "iştahı" azalıb. Türk Lirəsi də riskli aktivlərdən biri hesab olunur.

Türk lirəsinin ucuzlaşmasına prezident Rəcəb Tayyib Ərdoğanın Suriya ilə bağlı açıqlaması da təsir göstərib.

"Suriyadan ölkəmizə istiqamətlənmiş hücumların qaynağı mahiyyətindəki yerlər mövzusunda artıq dözümümüz qalmamışdır. Suriyadan qaynaqlanan təhdidləri oralarda təsirli olan güclərlə birlikdə ya da öz imkanlarımızla aradan qaldırmaqda qərarlıyıq", - Ərdoğan deyib.

Türk lirəsi TCMB-nin 23 sentyabrda bazar proqnozunun əksinə faizini aşağı salmasının ardından keçən ay 5.9% dəyər itirib. (Marja)

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT