1000 kubmetr qaz SOCAR-a neçəyə başa gəlir?

2020-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istehsal etdiyi 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri 61,27 manat təşkil edib.

Ondex.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) saytında dərc olunan şirkətin 2020-ci il ərzində illik hesabatında deyilir.

Hesabata əsasən, bu, keçən illə müqayisədə 0,62 manat və ya 1,0 % azdır.

Məlumata görə, şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 3,4%, əmək haqqı xərcləri 13,9%, sosial sığortaya ayırmalar 2,9%, amortizasiya ayırmaları 18,2%, təmir xərcləri 8,2%, texniki xidmət xərcləri 4,7%, nəqliyyat xərcləri 14,5%, mədən vergisi 17,7% və s. təşkil edib.

Bildirilir ki, şirkət üzrə 1000 kubmetr əmtəəlik qazın maya dəyəri 2019-cu illə müqayisədə 0,62 manat (1,0%) azalıb: “SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, İstehsalat birliyinin digər xərcləri, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə Əməliyyat Şirkətindən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2020-ci ildə SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 140,24 manat təşkil edib”.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan