Image description

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini sabit saxlanılması haqqında qərar qəbul edib.
İndex.az xəbər verir ki, bu barədə AMB-in məlumatında deyilir.
Beləliklə uçot dərəcəsi 6,25%-də, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qaldı.
Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlarlar 30 aprel, 18 iyun, 30 iyul, 17 sentyabr, 29 oktyabr, 17 dekabr tarixlərində nəzərdə tutulub.
Qeyd edək ki, 30 aprel, 30 iyul vә 29 oktyabr tarixlәrindә qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.