Keçmiş nazir müavininə yeni vəzifə verildi

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

Ötən il Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilən İlham Quliyevə yeni vəzifə verilib.

İndex.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sabiq nazir müavini "Azərsu” Açıq Səhmdar Cəmiyyətində idarə rəisinin müavini vəzifəsinə təyin olunub.

Yeni təyinatı İlham Quliyev açıqlamasında təsdiqləyib.

Qeyd edək ki, İlham Quliyev 1994-cü ildən 2020-ci ilin avqust ayınadək Kənd Təsərüfatı Nazirinin müavini vəzifəsində çalışıb. Prezidentin sərəncamı ilə ötən il 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT