İşıqforların intellektual sistemə inteqrasiyası 425 min manata başa gələcək

Bakı Nəqliyyat Agentliyi “ARIS” MMC ilə müqavilə bağlayıb.

Index.az xəbər verir ki, müqavilədə “Bakı şəhərində mövcud olan, habelə quraşdırılması nəzərdə tutulan bütün işıqforların İntellektual Nəqliyyat Sisteminə inteqrasiyasının təmin olunması məqsədilə, 2011-ci ildə İntellektual Nəqliyyat Sistemi layihəsi çərçivəsində qurulan mövcud Baku ITS proqram təminatının TSCS (Traffic Signal Control System) modulunun son versiyaya uyğun yenilənməsi üçün müvafiq proqram təminatının alınması, quraşdırılması, sazlanması xidmətlərinin satın alınması” nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 424 785 manatdır.

Banker.az

Bizi Facebook-da izləyin: INdexAzerbaijan