Metroda gediş haqqı ilə bağlı yenilik olacaq

ƏMANƏT FAİZİNİ DƏRHAL GÖTÜR

“Bakı Metropoliteni” QSC-nin stansiyalarında gediş haqqının bank kartları ilə ödənilməsi üçün tədbirlər görülür.

İndex.az bildirir ki, bu barədə report-a hökumətdəki mənbə bildirib.

Onun sözlərinə görə, artıq “Bakı Kart” əmtəə nişanının sahibi olan “K Group” MMC Bakı metrosunda ilkin sınaq işləri həyata keçirib. Stansiyalardakı turniketlərin proqram təminatı yeniləndikdən sonra NFC (Near Field Communication) ödəniş sistemi tətbiq ediləcək. Bu isə nəinki bank kartları, həmçinin mobil telefon, “ağıllı” saat və üzüklər vasitəsi ilə də ödəniş etməyə imkan verəcək. Bu işlərin ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur”.

ZAMİNSİZ KOMİSSİYASIZ NAĞD KREDİT