Hər iki doza vaksini qəbul etsə də, "E-Təbib" birini göstərir - FOTOFAKT

Vətəndaşa verilən vaksin sertifikatında hər iki dozanın vurulduğu qeyd edilsə də "E-Təbib" portalında ikinci dozanın vurulduğu göstərilmir.

İndex.az xəbər verir ki, bu hadisə koronavirus əlehinə hər iki dozanı vurduran şəxsin başına gəlib. Vətəndaş 31.05.2021 tarixində "Sinovak" vaksinin birinci, 29.06.2021 tarixində isə ikinci dozasını qəbul edib. İkinci doza vurulandan sonra verilən vaksin sertifikatında hər iki dozanın qəbul edildiyi göstərilib. Lakin "E-Təbib" portalında bir dozanın vurulduğu göstərilir.



Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətindən Elnarə Baxış Yeniavaz.com-a bildirib ki, məsələ növbəti həftə araşdırılacaq.

Qeyd edək ki, iri ticarət mərkəzlərində, məktəb və universitetlərdə həmçinin bir sıra əhəmiyyətli obyektlərdə oktyabrın 1-dən hər iki dozanın vurulduğunu əks etdirən vaksin sertifikatı tələb edilir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan