Orta aylıq əməkhaqqı azaldı - 948 manat oldu

Bu ilin yanvar-iyul aylarında Bakı şəhəri üzrə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqısı açıqlanıb.

İndex.az xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,1% azalaraq 948 manat təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında paytaxtda orta aylıq əməkhaqqı üzrə göstərici 942,3 manata bərabər olub.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan