Nazirliyə məxsus maşın 750 manata satışa çıxarılır

26 oktyabr 2021-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

İndex.az xəbər verir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinə məxsus maşın endirimlə hərraca çıxarılır.

Qurumun balansında olan nəqliyyat vasitəsi (Qaz 3110-101) 750 manata təklif olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan