Azərbaycandan bu il ən çox neft alan ölkələr – SİYAHI

2021-ci ilin yanvar-avqust ayında Azərbaycanın bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarının ən ixrac olunduğu ölkələr açıqlanıb.

İndex.az xəbər verir ki, Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.

Hesabat dövründə bu ölkəyə 8 mln. 936 min 546 ton həcmində Azərbaycan nefti ixrac olunub.

Azərbaycan neftinin ikinci ən böyük alıcısı Xorvatiya olub. Belə ki, 8 ayda Xorvatiya 1 mln. 162 min 326 ton Azərbaycan nefti alıb.

İspaniya və Hindistan ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. Yanvar-avqustda İspaniya 1 mln. 191 min 742 ton, Hindistan isə 1 mln. 93 min 961 ton həcmində Azərbaycan nefti alıb.

Azərbaycandan bu il ən çox neft alan ölkələr – SİYAHI

Bizi Facebook-da izləyin: INdexAzerbaijan