Image description


Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə kənd təsərrüfatı bitkilərinin və heyvanlarının sığortası başlanılıb. 

Bu barədə İndex.az-a Aqrar Sığorta Fondundan (ASF) məlumat verilib.

Xatırladaq ki, aqrar sığorta vasitəsilə 14 növ bitkini və məhsullarını sığorta etmək mümkündür. Bunlar buğda, arpa, qarğıdalı, çəltik, kartof, şəkər çuğunduru, üzüm, limon, narıngi, portağal, çay, fındıq, pambıq və tütündür. 

Aqrar Sığorta Fondu (ASF) kənd təsərrüfatı bitkilərinin sığortası üçün müraciətlərin tarixlərini açıqlayıb. 

Fondun məlumatına görə, fermerlər və əkin sahələrinin sahibləri 2021-ci ildə bitkilərin sığortalanması üçün müraciətlərə başlaya bilərlər. 

Fond tərəfindən ayrı-ayrı bitki məhsulları üzrə fenoloji müddətləri nəzərə alınmaqla sığorta müraciətlərinin başa çatma tarixləri də müəyyən edilib. 

Kartof bitkisinin və kənd təsərrüfatı heyvanlarının sığortası üçün isə ilin istənilən vaxtında müraciət etmək olar. 

Kənd təsərrüfatı bitkilərinin sığorta tariflərinə buradan baxmaq olar.

 

Məhsullar

Müraciət üçün son tarix

Şəkər çuğunduru 

05.03.2021

Üzüm

15.03.2021

Çay 

30.03.2021

Limon 

10.04.2021

Narıngi

10.04.2021

Portağal 

10.04.2021

Yazlıq taxıl

15.04.2021

Pambıq

20.04.2021

Tütün

30.04.2021

Çəltik

05.05.2021

Fındıq

10.05.2021

Qarğıdalı

07.06.2021

Payızlıq taxıl

01.11.2021

Kartof

İl boyu

K/t heyvanları

İl boyu

 

 

 

Bizi Telegram-da izləyin: t.me/indexaz